PKK-nın ən böyük sursat anbarı partladıldı - 60 terrorçu öldürüldü

12.09.2015 10:55     Dünyadan reaksiya     2232

Türk Silahlı Qüvvələrinə (TSQ) aid F-16 və F-4 2020-dən ibarət olan qırıcı təyyarələrin Şimali İraq və Qəndildəki PKK düşərgələrinə keçirdiyi nəhəng əməliyyatda 60 terrorçu öldürülüb.

Reaksiya.az xəbər verir ki, Garadakı ən böyük sursat anbarında 2 saata qədər ardıcıl partlayışlar meydana gəlib.

TSQ-nın 21 ədəd döyüş təyyarəsi İraqın şimalında yerləşən Qəndil, Hakurk, Avaşin, Metina, Basyan, Gara və Zap düşərgələrindəki hədəflərə gecə 23.50 ilə 05.30 saatları arasında xeyli hava bombardmanı həyata keçirib.

İlk təyin etmələrə görə ən azı 60 PKK-lı terroristin öldürüldüyü, hədəflərin tamamilə məhv edildiyi, terror təşkilatının Garada yerləşən ən böyük sursat anbarının da partladıldığı öyrənilib.

Ağrı İcra Hakimiyyəti tərəfindən xüsusi təhlükəsizlik zonası elan edilən Ağrı dağına havadan və qurudan əməliyyat başlanılıb. Doğubayazıt 1-ci Mekanize Piyada Briqadasından dünən səhər 05.00-də qalxan Kobra helikopterləri Ağrı dağında yuva salan PKK-lılara bomba yağdırdı. İlk bombardmandan sonra bazaya qayıdan helikopterlər  saat 11.00 radələrində ikinci dəfə havaya qalxdı.

Bitlisin Tatvan rayonu ərazisində də PKK-lı terrorçulara qarşı hava əməliyyatı başlanılıb. Əməliyyatların rayonun Tokaçlı kəndində gücləndirildiyi qeyd olunub.

Şərhlər

Çox oxunanlar