Bu görüntülər Kanadanı ayağa qaldırdı +18 - VİDEO

12.09.2015 11:28     Dünyadan reaksiya     3480

Kanadanın qərbində Vancouver adasında keçirilən bir ayı ovunun görüntüləri ölkəni ayağa qaldırıb.

Reaksiya.az xəbər verir ki, Kanada Vəhşi Həyatı Qoruma İttifaqı tərəfindən yayımlanan görüntülərdə bir boz ayının ovçular tərəfindən güllə ilə vurulduqdan sonra verdiyi dramatik həyat mübarizəsi və uğradığı dəhşətli anları heyvanı vuran ovçuların fondakı gülüşlərilə müşayiət edilir.

Ovçuların əlindən xilas olmağa çalışan və qarda qan izləri qoyan yaralı heyvan son gücünü toplayaraq qarlı dağdan aşağı diyirlənir.

Bu zaman isə ovçuların sevinc qışqırıqları çoxalır. Görüntülərin yayımlanmasından sonra Kanada mediasında ov mübahisəsi başlayıb.

Bir çox media qurumu və heyvan haqları təşkilatları boz ayı ovunun qadağan edilməsi üçün kampaniyaya başlayıb.

Şərhlər