Türkiyəyə təşəkkür - “5 milyonluq suriyalını ölümdən xilas etdiniz”

12.09.2015 12:00     Dünyadan reaksiya     2006

Suriya Müsəlman Vəkillər Birliyinin sədri Etem Şamil deyib ki, Türkiyə Avropaya sığınan suriyalılara qardaş gözü ilə baxır.

Reaksiya.az xəbər verir ki, Türkiyənin yüz minlərlə suriyalıya qucaq açdığını bildirən Şamil bu yaxşılığı ömürləri boyu unutmayacaqlarını dilə gətirib.

15-09/11/aa_picture_20150911_6264382_high.jpg

Bodrumda dənizdə həyatını itirən Aylanın həyat hekayətindən danışan Şamil bildirib ki, Türkiyədə qalan suriyalıların heç bir sıxıntısı yoxdur:

"Ancaq Avropaya dənizdən gedənlər böyük dram yaşayır. Hər gün dənizdən acı xəbərlər alırıq. Suriyalılar Türkiyə sayəsində balıqlara yem olmaqdan xilas oldu. Türkiyənin yardım əli və dostluğu yüz minlərlə Aylanların ölümünü əngəllədi. Türkiyənin yardımları 4-5 milyon suriyalını dənizlərdə ölməkdən xilas etdi. Prezident Ərdoğan, baş nazir Davudoğlu və Türk xalqından Allah razı olsun. Suriyaya çox dəstək verirlər".

Şərhlər

Çox oxunanlar