"Putin mənə qulaq asmadı" - Barak Obama

12.09.2015 12:34     Dünyadan reaksiya     1988

“Rusiyanın Suriya prezidenti Bəşər Əsədə dəstək vermə strategiyası uğursuz olacaq”.

Reaksiya.az xəbər verir ki, bu fikirləri ABŞ prezidenti Barak Obama bildirib.

O qeyd edib ki, Əsəd Suriyada hava hücümları təşkil edərək şəhərlərin hamısını yox edib,  sünni və şiələr arasında məzhəb ziddiyyətlərini qızışdırıb, öz xalqına qarşı dağıdıcı mövqe tutub.

B. Obama vurğulayıb ki, bütün bu səbəblərə görə ölkə reagiondakı “cihatçılar” üçün diqqət mərkəzinə çevrilib.

"Ukrayna ilə bağlı məsələlərdə ixtilaflara baxmayaraq, bu mövzuda Rusiya ilə maraqlar birləşə bilər. Ancaq Rusiya tərəfdaşı Əsədin dəstəyə layiq biri olduğuna inanır. Mənim və ABŞ-ın baxışı isə belədir ki, Əsədin Suriyada hakimiyyətdə olduğu müddətdə orada dinc atəşkəs olmacaq”.

Obama həmçinin bildirib ki, Əsədə maliyyə və silah dəstəyi verən Rusiyaya 4-5 il əvvəl xəbərdarlıq olunub, lakin Rusiya prezidenti Vladimir Putin qulaq asmayıb, ona görə də vəziyyət daha da mürəkkəbləşib.

Şərhlər

Çox oxunanlar