Ərdoğan Səudiyyə Ərəbistanının kralına zəng etdi

12.09.2015 14:28     Dünyadan reaksiya     1819

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan Səudiyyə Ərəbistanının kralı Salman bin Əbdüləziz Al Səuda telefonla zəng edərək, baş verən ağır faciədən dərindən kədərləndiyini bildirib.

Reaksiya.az xəbər verir ki, prezident mənbələrindən verilən məlumata görə, telefon danışığı bu gecə saat 23:25 radələrində olub.

Ərdoğan, həmçinin Yəməndə gedən döyüşlər nəticəsində həlak olan Səudiyyə əsgərləri ilə bağlı da başsağlığı verib. 

Şərhlər