Baş qərargah rəisindən şok açıqlama - "Təhdidlərə cavab verməsək..."

12.09.2015 14:52     Dünyadan reaksiya     2171

Türkiyənin ev sahibliyi ilə toplanan NATO Hərbi Komitəsinin Baş Qərargah Rəisləri Konfransı İstanbulda başlayıb.

Reaksiya.az xəbər berir ki, Beşiktaşda bir oteldə təşkil olunan toplantıda NATO üzvü olan ölkələrin Baş Qərargah rəisləri iştirak edib. Açılışı Baş Qərargah rəisi general Hulusi Akar edib.

İştirakçıları salamlayan Akar konfransın əhəmiyyətinə toxunaraq "Bu konfrans münasibətilə doğru zamanda, doğru yerdə bir araya gəlmişik" sözlərini deyib.

TÜRKİYƏ ÜÇ BÖYÜK BÖHRANA QONŞU OLAN YEGANƏ NATO ÖLKƏSİDİR

"Bu Suriya, İraq və Ukrayna böhranlarıdır. NATO-nun cənub və şərq qanadlarında ortaya çıxan bu təhdidlər sizin də bildiyiniz kimi, təkcə bölgə üçün deyil, eyni zamanda qlobal təhlükəsizlik mühitinə də təsir edir" deyə Akar bildirib.

SURİYADAKI QARŞIDURMALAR ÇOX BÖYÜK HUMANİTAR FƏLAKƏTDİR

 Suriyada baş verən müharibəyə toxunan Hulusi Akar Suriyadakı qarşıdurmaları 2-ci Dünya Müharibəsindən bu yana dünya üzərində baş vermiş ən böyük humanitar fəlakət kimi xarakterizə edib:

“2011-ci ildən bu yana Suriya ilə əlaqəli ikitərəfli və çoxtərəfli müzakirələr dostlar və ittifaq daxilində baxılır və müzakirə edilir. Amma bütün bunlara baxmayaraq hələ bu ana qədər önləyici tədbirlər uyğun şəkildə verilməyib. Təəssüf ki, Suriya artıq böyük bir qarışıqlıq içində və dalana sürüklənib. Bu vəziyyət bütün dünyaya təsir edə biləcək bir Suriya böhranına çevrilib. Eyni zamanda görürük ki, xarici terrorçu döyüşçülər da hamımızı təhdid edir. Xüsusilə, İŞİD ən vəhşi terrorçu qrup kimi regiona, həm də qlobal sabitliyə birbaşa təhdid yaradır. İŞİD-in fəaliyyətləri Türkiyə sərhədində baş verir və ciddi olaraq NATO-nun təhlükəsizliyinə də təhdid edir. Bu çərçivədə milli səylərimizin xaricində Türkiyə beynəlxalq koalisiyayla birlikdə İŞİD-ə qarşı mübarizəsini davam etdirməkdə qərarlıdır".

SURİYALI QAÇQINLARA DƏSTƏK DAVAM EDƏCƏK

 General Hulusi Akar Türkiyənin bu günə qədər olduğu kimi bundan sonra da Suriya və suriyalılara təmin etdiyi yardımları davam edəcəyini qeyd edib. Akar "Bu çərçivədə Türkiyə 2 milyon suriyalı və İraqlıya ev sahibliyi edib və bu ana qədər 6 milyard dollar xərcləyib"  deyib.

 PKK REGİONAL TƏHLÜKƏSİZLİYƏ TƏHDİDDİR

 Çıxışında Türkiyənin PKK terror təşkilatı ilə mübarizəsinin davam edəcəyini ifadə edən Baş Qərargah rəisi Akar bunları söyləyib: "PKK terror təşkilatı regional təhlükəsizliyə də bir təhdiddir. Suriya və İraqdakı vəziyyətdən istifadə edən PKK beynəlxalq aləmin gözündə legitimlik qazanmağa çalışır. Amma bu zaman yaşlı, qadın, kişi və uşaqları öldürməyə, amansız hücumlar təşkil etməyə, günahsız insanların həyatını almağa davam edir.  Əgər biz bu anda bu təhdidlərə cavab verməsək, özümüzü daha ciddi problemlərlə qarşı-qarşıya qoya bilərik. Daha çox miqrasiya, daha çox qaçqın, daha çox terror hücumu ilə üz-üzə qalarıq. Öz ölkələrimizin rifah və rahatlığını pozan bir qeyri-sabitliklə qarşılaşırıq. Digər tərəfdən Rusiya və Ukrayna arasındakı qarşıdurma da ittifaqımıza və bölgəmizə təsir edir”.

 PAVEL: TÜRKİYƏ İTTİFAQIN SARSILMAZ VƏ DAİMİ ÜZVÜDÜR

 NATO Hərbi Komitəsinin sədri, general Petr Pavel isə çıxışında Türkiyənin ittifaqın sarsılmaz və daimi bir üzvü olduğunu deyib:

"NATO-nun Əfqanıstan, Kosovo və açıq dənizlərdəki əməliyyatlarda iştirakı Türkiyənin ittifaqa bağlı olduğunun bir göstəricisidir".

General Hulusi Akar və NATO Hərbi Komitəsinin sədri Petr Pavel konfransdan sonra təkbətək görüşüblər.

Şərhlər

Çox oxunanlar