Hindistanda partlayış - ölənlərin sayı 100-ü keçdi - VİDEO

13.09.2015 04:06     Dünyadan reaksiya     1858

Hindistanda restoranların birində maye qaz balonu partlayıb.

Reaksiya.az xəbər verir ki, hadisə nəticəsində ən azı 104 nəfər həyatını itirib, 150 nəfər də yaralanıb.

Səhər saatlarında baş verən partlayışın təsirilə iki binanın çökdüyü və ətrafdakı digər binaların da böyük zərər gördüyü bildirilib.

Rəsmi şəxslər, bir çox insanın hələ də dağıntılar altında olduğunu deyib. Aparılan xilasetmə əməliyyatlarına sadə vətandaşlar da köməklik göstərir.

Qeyd edək ki, Hindistanın baş naziri Narandra Modi partlayışdan sonra “Twitter”sosial şəbəkəsi vasitəsilə "Keçmiş olsun" diləklərini yazıb.

Şərhlər