Suriyalı qaçqınların olduğu 2 kater batdı - Ölənlər var

12.09.2015 16:14     Dünyadan reaksiya     1993

Egey dənizindən qeyri-qanuni yolla Yunanıstana getməyə çalışan və içində suriyalı qaçqınlar olan iki kater batıb.

Reaksiya.az xəbər verir ki, hadisə nəticəsində 4-ü uşaq olmaqla 5 adamın itkin düşdüyü bildirilib.

Verilən məlumata görə, 24 qaçaq isə Yunan sahil təhlükəsizlik dəstələri tərəfindən xilas olunub.

Bölgədə axtarış xilas etmə işləri başladılıb.

Digər tərəfdən, Midilli adasında da içində 33 qaçağın olduğu plastik qayıq batıb. Nəticədə 20 yaşlı 1 nəfərin itkin düşdüyü qeyd edilib.

İntensiv qaçqın axınının yaşandığı Yunan adalarında qaçqınların sahilə aparılması prosesi davam edir.

Midilli adasından son 5 gün ərzində 31 min 753 qaçqının Afinanın Pire limanına gətirildiyi bildirilib.

Qeyd edək ki, Pire limanına gələn qaçqınların bir hissəsi Afinadakı park və meydanlarda gözləyərkən, böyük bir hissəsi isə Avropa ölkələrinə getmək üçün qatar vağzallarında toplanıb.

Qaçqınlar bildiriblər ki, Yunanıstanda qalmaq istəmirlər, məqsədləri Selanikə gedib, oradan da Makedoniya üzərindən Avropa ölkələrinə çatmaqdır.

Şərhlər

Çox oxunanlar