Fransa Türkiyədəki fəxri konsulunu geri çağırıb
13.09.2015 01:53 Dünyadan reaksiya 1668
Fransa xarici işlər naziri Loran Fabius ölkəsinin Türkiyənin Bodrum şəhərindəki fəxri konsulu Fransuaz Olsenin müvəqqəti geri çağırılması barədə qərar qəbul edib.
Reaksiya.az APA-ya istinadən xəbər verir ki, bu barədə Fransa Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi bildirib.
Məlum olub ki, “France 2” müxbirinin fəxri konsulla gizli kameraya çəkilmiş müsahibəsi zamanı diplomat Bodrumda qeyri-qanuni miqrantlara xilasedici jiletlər və qayıqlar satan mağazanın sahibi olduğunu, onların Yunanıstana keçirilməsində iştirak etdiyini, eləcə də yerli hakimiyyət orqanlarının bu məsələlərdən xəbərdar olduğunu etiraf edib.
Fransa XİN-in rəsmi nümayəndəsinin sözlərinə görə, deyilənlər təsdiqini tapsa, F. Olse fəxri konsul vəzifəsindən uzaqlaşdırılacaq.
Qeyd edək ki, F. Olse bu vəzifəyə 2014-cü ilin oktyabrında təyin olunub.
Şərhlər