Misir hökuməti istefaya gedib
13.09.2015 02:41 Dünyadan reaksiya 1658
Misir hökuməti baş nazir İbrahim Məhləb ilə birlikdə istefaya gedib.
Reaksiya.az Türkiyə mətbuatına istinadən verdiyi xəbərə görə, ölkə prezidenti Əbdül Fəttah əs-Sisi istefanı qəbul edib və neft naziri Şərif İsmayıla yeni hökumətin formalaşdırılmasına dair göstəriş verib.
Məlumata görə, nazirlər yeni hökumət formalaşdırılanadək öz vəzifələrini icra edəcək.
Bundan əvvəl Misir polisi korrupsiya cinayətində şübhəli bilinən ölkənin kənd təsərrüfatı naziri Sələh Hilalı həbs edib.
Xatırladaq ki, iyulun sonlarında Misir məhkəməsi Hüsni Mübarəkin prezidentliyi dövründə baş nazir vəzifəsində çalışmış Əhməd Nazifi 5 il azadlıqdan məhrum edib.
Şərhlər