İran iri uran yatağı aşkarladığını bəyan edib

13.09.2015 04:22     Dünyadan reaksiya     1562

İranın Nüvə Enerjisi üzrə Təşkilatı (AEOI) ölkənin mərkəzi hissəsində yerləşən Yezd əyalətində iri uran ehtiyatlarının aşkarlandığını bəyan edib. Reaksiya.az-ın APA-ya istinadən verdiyi xəbərə görə, bu barədə “Frans Press” agentliyi AEOI-nun rəhbəri Əli Əkbər Salehiyə istinadla məlumat yayıb.

“Tezliklə radioaktiv metalın hasilatına  başlanılacaq”, deyə məlumatda bildirilir.

Salehi aşkarlanmış uran ehtiyatlarının həcmini açıqlamayaraq, aşkarlanan yatağın “İran ehtiyatlarının əminlik  yaratdığını” bildirib.  

Bundan bir müddət əvvəl qərb mətbuatı İran şaxtalarında hasil olunan “yaş” uranın həcminin azaldığını bildirmişdi.

Şərhlər

Çox oxunanlar