Aso vulkanı püskürdü - VİDEO

14.09.2015 11:30     Dünyadan reaksiya     2139

Yaponiyanın cənubundakı Kyuşu adasında yerləşən aktiv Aso vulkanı püskürməyə başlayıb.

Reaksiya.az xəbər verir ki, hadisə nəticəsində 100-ə yaxın turist, təxminən 30 alpinist təxliyə olunub, ölən və yaralanan yoxdur.

Rəsmilər bildiriblər ki, təhlükə səviyyəsi 3-dən 5-ə çıxıb. Kumamoto Hava Limanındakı uçuşlar da ləğv edilib.

Qeyd edək ki, 1.592 metr hündürlükdə yerləşən Aso dağı ölkənin ikinci böyük dağı və populyar alpinizm mərkəzidir.

Şərhlər