"Saakaşvili Gürcüstana yaxşı baş nazir olacaq" - Poroşenko

14.09.2015 17:11     Dünyadan reaksiya     2039

Ukrayna prezidenti Petro Poroşenko ABŞ-ın “The Washington Post”, İngiltərənin “The Independent” və Almaniyanın “Die Welt” qəzetlərinin baş nazir olması üçün haqqında imza kampaniyası başlanılan Saakaşvili ilə bağlı suallarına cavab verib.

Reaksiya.az xəbər verir ki, Poroşenko Gürcüstanın keçmiş prezidenti və Odessa vilayətinin meri Mixail Saakaşvilinin Gürcüstana yaxşı baş nazir olacağını söyləyib.

Ukrayna Devlet Başkanı Pyotr Poroşenko ve eski Gürcistan Devlet Başkanı Mihail Saakaşvili

Beləliklə, Poroşenko Saakaşvilinin Ukraynada baş nazir olması istiqamətindəki tələbləri rədd edib.

Poroşenko, həmçinin qərb mətbuatına verdiyi müsahibədə ABŞ-ın silahlarına ehtiyac duyduqlarını da bildirib: "Ukrayna silah istehsal edən bir ölkədir. ABŞ-dan yalnız müdafiə silahı istəyirik. Təsirli bir müdafiə sistemi qurmağa çalışırıq. Bu məsələni ABŞ-la mütəmadi olaraq müzakirə edirik”.

Şərhlər