20 miqrant uşaq itkin düşdü

14.09.2015 18:04     Dünyadan reaksiya     2025

İsveçli rəsmilər ölkəyə valideynsiz qaçqın uşaqların gəldiyini deyib. 

Reaksiya.az xəbər verir ki, Malmo stansiyasında təkcə bir gündə 20 uşağın itkin düşdüyü açıqlanıb.

Almaniya və Danimarka üzərindən İsveçə gələn qaçqın uşaqların ortadan itməsi İsveçin rəsmi orqanlarını narahat etməyə başlayıb. Rəsmilər uşaqların aqibətini araşdırmağa başlayıb.

Malmo bələdiyyəsindən Annelie Larrson Danimarkadan qatarla Malmo stansiyasına gələn qaçqın uşaqların qeydiyyata alınmadan itkin düşdüklərini bildirib:

“Halbuki biz onların qeydiyyata salıb təhlükəsiz bir yerə aparmaq istəyirik. Uşaqlar necə itirlər, bilmirik, amma araşdırmaya başlamışıq".

Əcnəbilər dairəsinin sözçüsü Setareh Yousefi isə uşaqların itdiyini təsdiqləyərək onların İsveçdə yaşayan yaxınları tərəfindən alına biləcəyi ehtimalı üzərində dayandıqlarını deyib.

Şərhlər

Çox oxunanlar