Aşan kranın istehsalçısı məsələni araşdırır

15.09.2015 05:16     Dünyadan reaksiya     1550

Almaniyanın “Liebherr” şirkəti Məkkədə qaldırıcı kranının aşmasının səbəblərini araşdıracaq.

Reaksiya.az-ın Türkiyə mətbuatına istinadən verdiyi məlumata görə, araşdırmalar bir neçə həftə davam edə bilər. 

LR-11350 tipli qaldırıcı kranlar Almaniyanın Ehinqen şəhərində istehsal olunur və 350 ton yük qaldırmaq qabiliyyətinə malikdir . “Liebherr” şirkətindən həmçinin bildiriblər ki, 2006-ci ildən bəri 30 ədəd LR-11350 kranı istifadəyə verilib. İndiyədək kranın iştirakı ilə cəmi 3 qəza vəziyyəti qeydə alınıb. Onların heç biri texniki səbəblərdən baş verməyib.

Xatırladaq ki, sentyabrın 11-də Məkkədə qaldırıcı kranının aşması nəticəsində 107 zəvvar ölüb, 238-i xəsarət alıb. 

 

Şərhlər

Çox oxunanlar