Macarıstan Serbiyadan sığınacaq almayan miqrantları ölkəyə buraxmayacaq

15.09.2015 06:03     Dünyadan reaksiya     1641

Macarıstan hökuməti qonşu Serbiyadan sığınacaq almayan miqrantları ölkəyə buraxmayacaq.

Reaksiya.az-ın APA-ya istinadən verdiyi məlumata görə, bu barədə Macarıstan hökumətinin nümayəndəsi Zoltan Kovaç bildirib.

“Bu, beynəlxalq hüquqda təsbit olunan qaydadır və biz birmənalı şəkildə yalnız qaçqın statusuna malik şəxsləri ölkəyə buraxacayıq”, deyə Z.Kovaç bildirib.

Qeyd edək ki, bundan əvvəl Serbiya hökuməti Macarıstanın qəbul etmədiyi qaçqınları öz ərazisinə buraxmayacağını bildirib. “Biz Macarıstana keçən insanların hamısını geri buraxmayacağıq. Lüzum olsa, bu məqsədlə ordudan istifadə edəcəyik. Bu bizim mövqeyimizdir, buna hamı agah olmalıdır”, deyə Serbiyanın əmək və sosial siyasət nazirinin müavini Nenad İvanişeviç bildirib.

Onun sözlərinə görə, Macarıstan qəbul etmədiyi miqrantları Yunanıstana qaytarmalıdır. “Çünki Yünanıstan qaçqınların daxil olduqları ilk Avropa İttifaqı ölkəsidir”, Serbiya rəsmisi əlavə edib. 

 

Şərhlər