"İstifadə olunduğumu hiss etdim" - Roma Papası
15.09.2015 10:48 Dünyadan reaksiya 1879
"Həyatımda ən çox bir, ya da iki dəfə mənə dost kimi görünən insanlar tərəfindən istifadə olunduğumu hiss etdim. Məni öz maraqları üçün istifadə etdilər. Bu, mənə əzab verir. Dostluq isə müqəddəs bir şeydir".
Reaksiya.az xəbər verir ki, bu sözləri Roma Papası Fransisk ilk dəfə protestant radio kanalına müsahibə verərkən açıqlayıb.
O, ətraf mühit və radikalizm mövzularından da bəhs edib.
Papa dini ekstremizmin hər hansı bir dinə aid edilə bilməyəcəyini bildirib: "Heç bir dinin radikal ekstremizmə qarşı immuniteti yoxdur. Bütün səmimiyyətimlə deyirəm, tək səyləri bir ideya uğrunda cəmləşdirmək lazımdır. Radikallar hər zaman kiçik bir qrup olmağa məhkumdurlar. Ancaq reallığı əsla yox edə bilməyəcəklər. Həyatın reallığı onların fikirlərindən üstündür".
Şərhlər