Fransız məmur qaçqınları təhqir etdi - "Xoş gəlmədiniz"

15.09.2015 11:07     Dünyadan reaksiya     1948

Fransanın cənubundakı Beziers şəhərinin bələdiyyə sədri Robert Menard suriyalı qaçqınları şəhərdə istəmədiyini bildirib.

Reaksiya.az xəbər verir ki, bələdiyyə sədri və tərəfdaşları qaçqınların yaşadığı yataqxanaya basqın təşkil edib.

Basqının görüntüləri bələdiyyənin rəsmi internet saytında yayımlanıb.  

Yayımlanan görüntülərdə sədr üzü göstərilməyən qaçqınla mübahisə edərək "Buraya xoş gəlmədiniz. Polisə xəbər verəcəyəm, buranı tərk edin" deyib.

Menard, həmçinin qaçqınları istifadə olunmayan dövlət yataqxanasını qanunsuz işğal etməklə günahlandırıb.

Şərhlər

Çox oxunanlar