"Serbiyalı miqrantlar Macarıstandan deportasiya olunacaq" - VİDEO

15.09.2015 12:19     Dünyadan reaksiya     2071

Macarıstan qaçqınlarla bağlı qərarlarında yeni bir dövrə daxil olub.

Reaksiya.az xəbər verir ki, Serbiya sərhədindən icazəsiz daxil olanları geri göndərmə və ya mühakimə qərarı verən Macarıstan hökuməti bu gündən etibarən qaçqınlara hüquqi şərtlərə uyğun müraciət etmələrini şərt qoyub.

Serbiya isə miqrantları geri çəkməyəcəyini deyib.

Yeni tənzimləmələrə görə, Serbiyadan gələn miqrantların rəsmi müraciətləri olmazsa, 8 gün ərzində deportasiya olunacaqlar.

Macarıstan hökümətinin sözcüsü Zoltan Kovacs qanuni sərhəd keçid məntəqəsi açmağın uğurlu addım olduğunu və sığınacaq istəyənlərin bunu beynəlxalq qanunlara uyğun şəkildə etməsi lazım olduğunu bildirib.

Həmçinin yeni qayadalara görə, bu gündən etibarən ölkəyə qeyri-qanuni şəkildə daxil olan miqrantlar 3 ilə qədər, dövlət malına zərər verən köçkünlər isə 5 ilə qədər həbs cəzası ala bilər.

"TV2" kanalına açıqlama verən Macarıstanın baş naziri Viktor Orban yeni tədbirlərin tətbiqindən sonra bir çox adamın deportasiya olunacağını bildirib:

"Artıq serbiyalı miqrantlardan müraciət edib-etmədiklərini soruşacağıq. Əgər müraciət etməyiblərsə, deportasiya olunacaqlar, çünki Serbiya da etibarlı bir ölkədir”.

Serbiyada köçkünlər üzrə cavabdeh olan nazir Aleksandr Vulin isə baş nazirin qərarını dəstəkləməyən bəyanatlar verib:

“Macarıstana gedib sonra geri göndərilənləri ölkəyə buraxmayacağıq. Bu, artıq bizim məsuliyyətimiz olmaqdan çıxır. Bir dəfə Macarıstan ərazisinə giriblər. Macarıstandan isə lazımı formada davranmasını gözləyirik”.

Şərhlər

Çox oxunanlar