Fransua Ollanddan İŞİD açıqlaması

15.09.2015 12:56     Dünyadan reaksiya     1819

Fransa prezidenti Fransua Olland terror təşkilatları olan İŞİD və Boko Haram haqqında bəyanatlar verib.

Reaksiya.az xəbər verir ki, bəyanatı Nigeriya prezidenti Məhəmməd Buxari ilə Yelisey Sarayında birgə keçirdikləri mətbuat konfransında verib.

Prezident Olland İŞİD-ə qarşı olan həyata keçirilən hava hücümlarından bəhs edib:

"Hücumların lazımlı olub-olmadığını müəyyən etmək üçün kəşfiyyat uçuşları edəcəyimizi bildirmişdik. Suriyada bunun lazımlı olacağını düşünürük. Məlumat əldə etdikdə regiondakı vəziyyəti düşünəcəyik və hücumlar üçün hazır olacağıq".

Prezident Boko Haramın İŞİD-lə əlaqəli bir təşkilat olduğunu da irəli sürüb:

"Boko Haramın İŞİD-dən yardım və dəstək aldığını bilirik. Boko Haramla mübarizə elə İŞİD-lə mübarizə deməkdir”.

Şərhlər

Çox oxunanlar