"Nüvə silah gücümüzü artıracağıq" - Şimali Koreya - VİDEO
15.09.2015 16:41 Dünyadan reaksiya 2122
Nüvə proqramı səbəbilə Amerika Birləşmiş Ştatlarının və Qərb ölkələrin hədəfində olan Şimali Koreya yeni açıqlama ilə gündəmə gəlib.
Reaksiya.az xəbər verir ki, rəsmi Pxenyan bu istiqamətdə çalışmalarına davam edəcəyini vurğulayıb:
“Nüvə silahlarını həm keyfiyyət, həm də kəmiyyət cəhətdən gücləndirəcəyik”.
Şimali Koreyanın dövlət xəbər agentliyi olan KCNA deyib ki, nüvə yanacaq istehsalına yenidən başlanılacağını deyib.
Ölkədəki Yongbyon nüvə reaktorunda işlər 2007-ci ildə dayandırılmışdı. Rəhbərlik 2013-cü ildə reaktorun yenidən aktiv hala gətiriləcəyini bildirib.
Bu arada Şimali Koreya uzun mənzilli raket potensialını inkişaf etdirdiyini və yeni peyklərin fəaliyyətə hazır olduğunu açıqlayıb.
Digər tərəfdən, Şimali Koreya və Cənubi Koreya arasındakı gərginlik iki əsgərin minaya düşərək xəsarət almasından sonra ötən ay artmışdı. Tərəflər arasında aparılan danışıqların sonunda Şimali Koreya mina hadisəsi ilə əlaqədar təəssüf etdiyini bildirib və Cənubi Koreya də yüksək səsli səsucaldan təbliğat verilişlərini dayandırıb.
Şərhlər