Yezidi əsirlər xilas edildi - 18 nəfər
15.09.2015 16:56 Dünyadan reaksiya 1927
İŞİD terror təşkiltanın ötən il İraqın Mosul şəhərinin Şengal ərazisində qaçırdığı minlərlə yezididən 18-i xilas edilib.
Reaksiya.az xəbər verir ki, əsirlər YPG-nin Suriyanın Rakka şəhərində keçirdiyi əməliyyat nəticəsində azad olunub.
HDP-li Batman millət vəkilli Ali Atalan ilk olaraq Qaziantep sərhədindən Türkiyəyə gələn yezidilərin daha sonra İraqın Duhok və Zağo şəhərində yaşayan ailələrinin yanına aparıldığını deyib.
Millət vəkili xilas edilənlərdən 8-nin qadın, 10-nun isə onların uşaqları olduğunu bildirib.
O, həmçinin xilas edilən yezidilərin vəziyyətinin yaxşı olmadığını qeyd edib: "Böyük bir travma alıblar. İŞİD hər gün onlara İslamın təbliğatını aparıb, yezidiliyi pisləyib. Qeyri-insani üsullara əl atıblar".
İŞİD-in hələ də ən az 3 min yezidini girov saxladığını xatırladan Atalan vurğulayıb ki, keçən il yalnız bir kənddən 400 nəfər qaçırılıb: “İndiyə qədər isə təxminən min yezidi azad edilib. Qalanların böyük bir qisminin Rakkada və İraqın Telafer şəhərində olduğu deyilir".
O, həmçinin yezidiləri xilas etməyin yollarını da deyib: "Yezidiləri sərbəst buraxmaları üçün onları yola gətirmək və onlarla ünsiyyət qurmaq mümkün deyil. Onsuz da insan olsaydılar, yaşlıları, uşaqları qaçırtmazdıalr. Yezidiləri xilas etməyin 2 yolu var. Birincisi, pul qarşılığı ilə bu insanları onlardan ala bilərik. Digər variant isə əməliyyatlar aparmaqdır”.
Şərhlər