Səudiyyədən ben Laden ailəsinə qadağa

16.09.2015 00:56     Dünyadan reaksiya     1572

Məkkədə “Binladin Group” tikinti şirkətinə məxsus qaldırıcı kran məscidə aşdıqdan sonra holdinqin Səudiyyə Ərəbistanında fəaliyyətinə qadağa qoyulub.

Reaksiya.az-ın APA-ya istinadən verdiyi xəbərə görə, bu barədə “Middle East Eye” nəşri məlumat yayıb.  

Üsamə ben Ladenin ailəsinin sahibi olduğu şirkətə  Səudiyyə Ərəbistanının ərazisində hər-hansı layihəni gerçəkləşdirməyə qadağa qoyulub. Bundan başqa, şirkətin əməkdaşlarına istintaq dövründə ölkəyə girişinə də qadağa qoyulub.

“Binladin Group”-da qaldırıcı kranın möhkəm bərkidildiyini iddia edərək, baş vermiş hadisənin “Allahın işi” olduğunu bildiriblər.

Xatırladaq ki, faciə nəticəsində 107 nəfər ölüb, 238 nəfər xəsarət alıb.

Şərhlər

Çox oxunanlar