Putin Obama ilə görüşməyə hazırdır

16.09.2015 01:56     Dünyadan reaksiya     1756

Rusiya prezidenti Vladimir Putin amerikalı həmkarı Barak Obama ilə görüşməyə hazırdır, lakin bununla bağlı hələlik heç bir razılaşma əldə olunmayıb.

APA-nın verdiyi xəbərə görə, bunu Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov deyib.

“Prezident Putin dialoqa həmişə hazırdır, əsasən də, həmkarı Obama ilə. Lakin hələlik  buna dair razılaşma yoxdur ”, deyə Peskov qeyd edib.  

Qeyd edək ki, bundan əvvəl Rusiya XİN rəhbəri Sergey Lavrov Rusiya və ABŞ  prezidentləri arasında görüşə biləcəyini istisna etməyib. Onun sözlərinə görə,  ABŞ tərəfindən belə bir təşəbbüsün gələrsə, görüş baş tuta bilər. 

Şərhlər

Çox oxunanlar