Tarık Əzizin cəsədi qaçırılıb

12.06.2015 11:36     Dünyadan reaksiya     1746

İraqın keçmiş lideri Səddam Hüseyn dövründə xarici işlər naziri olan Tarık Əzizin cəsədi, dəfn üçün İordaniyanın paytaxtı Əmmana aparılacağı əsnada Bağdad Aerodromunda silahlı bir qrup tərəfindən qaçırılıb.

Əl Cəzirənin xəbərinə görə, ürək tutmasından vəfat edən İraqın keçmiş lideri Səddam Hüseyn dövründə yüksək vəzifələrdə çalışmış keçmiş xarici işlər naziri Tariq Əzizin cəsədi şəxsiyyəti hələ müəyyən edilməmiş bir silahlı qrup tərəfindən qaçırılıb. Cəsədin Bağdaddan İordaniyanın paytaxtı Əmmana təyyarədə aparılması planlaşdırılırdı.

Səddamın ən yaxınında olan insanlardan biri kimi tanınan Tarık Əzizin qızı Zeynəb Əziz, atasının cəsədinin Əmmana gedəcək təyyarənin havaya qalxmasından bir neçə dəqiqə əvvəl həyata keçirildiyini bildirib. Zeynep Əziz İraqda yaşayan anasının, atasının cəsədini Bağdad Beynəlxalq Hava Limanında qaçırıldığı xəbərini verdiyini söyləyib.

İordaniya Hava Yolları Royal Jordaniandan adının açıqlanmaması şərti ilə danışan bir rəsmi Bağdaddan gələn son təyyarədə Tarık Əzizin cəsədinin olmadığını bildirib.

Şərhlər