Avstraliya qırıcıları İŞİD-ə zərbə endirdi
16.09.2015 10:16 Dünyadan reaksiya 1831
ABŞ-ın liderliyi ilə İŞİD-ə qarşı davam edən hava hücumlarına qoşulmağa qərar verən Avstraliya Suriyadakı terror hədəflərinə ilk hücumlarını həyata keçirib.
Reaksiya.az xəbər verir ki, bu barədə məlumat verən müdafiə naziri Kevin Andrevs əməliyyatların iki gün əvvəl başladığını bildirib.
Nazir qeyd edib ki, İŞİD-ə aid bölgələrə raket zərbələri endirilib.
O, növbəti əməliyyatlar haqqında parlamentdə məlumat veriləcəyini vurğulayıb.
Şərhlər