ABŞ-dan Rusiyaya növbəti təhdid - "Krım yenidən Ukraynaya qaytarılana kimi..."

12.06.2015 12:38     Dünyadan reaksiya     1739

 

ABŞ rəhbərliyindən Rusiya ilə münasibətlərdə Krım faktoru yenidən ön plana çıxarılıb. Kiyevdə görüşlər keçirən ABŞ-ın Birləşmiş Millətlər Təşkilatındaki (BMT) daimi nümayəndəsi Samantha Power, Rusiyanı hədəf alan sanksiyaların, Krımın yenidən Ukraynaya qaytarılmasına kimi davam edəcəyini bildirib.

Power Rusiyanı təhdid edərək bildirib ki, Krım Rusiya tərəfindən beynəlxalq hüquqa zidd  bir formada işğal edilib: “Sanksiyaların səbəbi də məhz elə bu addımdır və bu sanksiyalar Rusiya Ukrayna torpaqlarını işğal etdiyi müddətcə davam edəcək”.

 ABŞ rəsmisi hazırda beynəlxalq cəmiyyətin Ukraynanın şərqindəki böhranın həlli ilə bağlı müzakirələr apardığını, ancaq BMT-nin Krımın qeyri-qanuni ilhaqını əsla unutmayacağını qeyd edib.

Şərhlər

Çox oxunanlar