Çörək təndirində bomba
16.09.2015 14:14 Dünyadan reaksiya 1759
Türkiyənin Mardin vilayətinin Nusaybin rayonunda PKK-lı terrorçularının zirehli polis texnikası keçdiyi zamanı partlatdıqları və 3 polisin şəhid olmasına səbəb olan bombanın yol kənarında yerləşən bir çörək təndirdə yerləşdirdikləri ortaya çıxıb.
Reaksiya.az xəbər verir ki, dünən gecə saatlarında baş vermiş şiddətli partlayışda zirehli maşında olan Kayseri komissar müavini Oktay İzgi və polis məmurları Zonguldağlı Çağdaş Arslan ilə Ispartalı Sezgin Uludağ şəhid olub, polis məmuru Yunus Ak isə ağır yaralanıb.
Bölgədə araşdırma aparan mütəxəssislər, zirehli maşının keçidi zamanı partladılan yüksək güclü, əldə istehsal olunmuş bombanın yol kənarında yerləşən bir çörək təndirində yerləşdirildiyini müəyyən edib. Uzaqdan idarəetmə düyməsi ilə partladıldığı müəyyən edilən partlayıcının yol kənarındakı çörək təndirini tamamilə dağıtdığı aşkar edilib. Partlayışın şiddəti ilə ətrafda yerləşən çox sayda ev və iş yeri ziyan görüb. Məhəllə sakinləri partlayış səbəbilə evlərində böyük ziyan meydana gəldiyini qeyd edərək, hadisədən sonra qorxudan səhərə qədər yata bilmədiklərini söyləyiblər.
Partlayışın şiddəti ilə bölgədəki elektrik naqillərinə də ciddi ziyan dəydiyi müəyyən edilib.
Şərhlər