Ölüm səfərinin hər saniyəsini lentə aldılar - VİDEO

16.09.2015 15:55     Dünyadan reaksiya     2425

“France 2” fransız televiziya kanalı üçün işləyən iki jurnalist 60 qaçaq miqrantla birlikdə bir qayığa minərək Türkiyədən Yunan adalarına keçib. Franck Genauzeau və Giona Messina adlı jurnalistlər tük ürpədən səfəri anbaan lentə alaraq, riskli, amma bir o qədər də əhəmiyyətli olan televizyaçılıq uğuruna imza atıblar.

Çanaqalanın Ayvacık bölgəsinə bağlı  Bəhramkalə (Assos) turist kəndindən 12 Sentyabr günü axşamçağı saatlarında hərəkət edən gəmidə insan qaçaqçılarına adam başına 2 min avro ödəyən miqrantlar Midilli adasına getmək üçün 10 kilometrlik təhlükəli bir səfəri gözə alıblar.

İnsan qaçaqçıları suriyalı və iraqlı qaçqınlardan birini kapitan seçiblər və qaçqınları taleyin axışına buraxaraq hələ sahildə ikən gəmidən ayrılıblar.

Havanın qaraldığı saatlarda miqrantları daşıyan gəminin mühərriki zədələnib. Mühərrik dayandığına görə dalğalı dənizin ortasında qalan miqrantların köməyinə təsadüfən oradan keçən bir Yunan balıqçı gəmisi çatıb. Balıqçı gəmisindən bağlanan kəndirlə Midilli limamına yan alan qaçqınların dörd saatlıq səfəri faciəyə çevrilmədən başa çatıb.

Limana soyuqdan titrəyərək çıxan qaçqınlardan bəziləri ağlamağa başlayıblar.

Assosdan yola çıxan köçkünlərin getdikləri yol.

Miqrantları qayığa mindirən insan qaçaqçılarından birinin əlində silah olduğu görülüb.

Sahildə qalan bəzi qaçqınlar üzərək qayığa çatıb.

Mühacirlərdən bəziləri canları bahasına girişdikləri bu təhlükəli səfərə dua edərək çıxıblar.

Şərhlər

Çox oxunanlar