ABŞ Suriyaya qoşun yeritdi - TƏCİLİ
17.09.2015 00:51 Dünyadan reaksiya 1987
ABŞ-ın Müdafiə Nazirliyinin rəsmiləri xüsusi təyinatlı qüvvələrinin ilk dəfə Suriyaya girərək İŞİD-ə qarşı müharibədə PYD-yə yardım etdiyini açıqlayıb.
Reaksiya.az xəbər verir ki, bu faktı ABŞ-ın Mərkəzi Qüvvələr Komandanı Lloyd Austin Senatın Silahlı Qüvvələr Komitəsində söyləyib.
ABŞ-ın quru qoşunlarının regionda daha çox məsləhətçi vəzifəsində olduqları, birbaşa münaqişələrə girmədikləri və münaqişə sahələrindən uzaq, təhlükəsiz bölgələrdə yerləşdirildiyi bildirilib.
İraqın Kürd Regional Rəhbərliyinin (IKBY) başçısı Məsud Bərzani ABŞ Xarici İşlər Nazirliyinin müşavir köməkçisi Brett Mcgurkun başçılıq etdiyi nümayəndə heyətini çərşənbə günü Ərbildə qəbul etmişdi.
PKK-nın Suriya qolu PYD-nin həmsədri Salih Müslim də həmin gün Məsud Bərzani və Mcgurk ilə görüşmüşdü. Görüşdən sonra KDP-nin Xarici Əlaqələr üzrə rəsmisi Həmin Hawrami Kürdüstan Regional Rəhbərliyinin öyrətdiyi peşmergə qüvvələrinin Suriyanın şimalına geri dönərək PYD ilə birlikdə İŞİD-ə qarşı müharibə edəcəyini açıqlamışdı.
Bərzaninin Ərbildəki rəsmi iqamətgahında keçirilən iclasda ABŞ-ın Bağdaddakı səfiri Stuart Cons, ABŞ-ın Xüsusi Qüvvələr Komandanı Ceyms Terri və ABŞ-ın İraqdakı Xüsusi Qüvvələr Komandanı Toni Tomas da olub.
Bərzaninin ofisindən edilən yazılı açıqlamaya görə, görüşdə Suriya və İraqdakı mübarizə, müharibə cəbhələrinin vəziyyəti, Mosuldakı xilasetmə əməliyyatının hazırlıqları ilə İŞİD-ə qarşı İraq ordusu, peşmergə qüvvələri və ABŞ rəhbərliyindəki koalisiya güclərinin birlikdə hərəkət etmək planları müzakirə olunmuşdu.
Görüşdə koalisiya qüvvələrinin hava hücumlarında bu ana qədər heç bir vətəndaşın ölmədiyi açıqlanıb.
Mcgurk terrorla mübarizədə ABŞ-ın peşmergəyə qarşı yardımlarının davam etdiriləcəyini qeyd edib.
Şərhlər