Putin və Salman nəyi müzakirə edib?

17.09.2015 00:58     Dünyadan reaksiya     1568

Sentyabrın 16-da Rusiya prezidenti Vladimir Putin və Səudiyyə Ərəbistanının kralı Salman ibn Əbdül-Əziz Əl Səud arasında telefon danışığı olub.

Reaksiya.az-ın APA-ya istinadən verdiyi məlumata görə, söhbət Səudiyyə Ərəbistanı tərəfinin təşəbbüsü ilə baş tutub.

“Tərəflər Fələstin-İsrail münaqişəsinin nizamlanmasını müzakirə ediblər. Söhbət zamanı Əl-Əqsa məscidi ərazisində fələstinlilər və İsrail təhlükəsizlik qüvvələri arasında baş vermiş kütləvi iğtişaşlara toxunulub”, Kremlin mətbuat xidməti bildirib.

Həmçinin tərəflər iki ölkə arasında əməkdaşlığın inkişafında qarşılıqlı səy göstərəcəklərini vurğulayıblar. 

Şərhlər