Gürcüstana yeni səfir təyin olundu

17.09.2015 01:48     Dünyadan reaksiya     1791

Bu gün ABŞ-ın Gürcüstana təyin olunan yeni səfiri Yan Kelli Gürcüstana gəlib.

Reaksiya.az-ın məlumatına görə, yeni səfir Tiflis beynəlxalq havalimanında jurnalistlərə diplomatik fəaliyyətlə 30 ildir ki, məşğul olduğunu bildirib.

"Gürcüstana gəlməyimdən çox məmnunam. Burada 39 il bundan əvvəl olmuşam. Hələ ki, gürcü dilində yalnız bir söz bilirəm: "Qamarcoba". Mən və həyat yoldaşım həmişə Tiflisə gəlməyi arzulayırdıq", deyə səfir qeyd edib.

Yan Kelli daim Gürcüstana dəstək olacağını və bu dəstəyin onun prioritetlərindən biri olduğunu açıqlayıb. O, Gürcüstan prezidentinə etimadnaməsini təqdim edəcəyini bildirib: "Mən Gürcüstan və ABŞ arasında ikitərəfli münasibətlərin dərinləşməsinə və Gürcüstanın Avroatlantik institutlarına inteqrasiya olunması üçün çalışacam. Əmin etmək istəyirəm ki, mən Gürcüstanın ən möhkəm tərəfdaşlarından biri olacağam”.

Şərhlər

Çox oxunanlar