Zimbabve prezidenti parlamentdə “səhv çıxışı” oxuyub

17.09.2015 02:41     Dünyadan reaksiya     1595

Zimbabve prezidenti Robert Mugabe parlamentin açılışında yanlış çıxış mətnindən istifadə etdiyinə görə, ertəsi gün millət vəkillərini xüsusi sessiyaya dəvət edib.

Reaksiya.az reporta istinadən xəbər verir ki, 91 yaşlı Mugabe yeni fövqəladə sessiyada “əsl çıxışını” oxumalı olub.

Prezidentin sözçüsü George Charamba çıxışların qarışdırıldığına görə “səmimi təəssüfünü” bildirib.

1980-ci ildən hakimiyyətdə olan Mugabe Afrikanın ən yaşlı prezidentidir.

Şərhlər