ABŞ və Rusiya Suriyada üz-üzə

17.09.2015 05:17     Dünyadan reaksiya     1882

Rusiyadan sonra ABŞ da Suriyaya əsgər göndərdiyini bildirir.

Rusiyadan sonra ABŞ-ın da Suriya ərazisinə İŞİD-ə qarşı mübarizə üçün quru əməliyyatlarında istirak edəcəyi barədə məlumatlar yayılıb.

ANS PRESS-in məlumatına görə, bu barədə ABŞ-ın “NBC News” televiziyası xəbər yayıb. 

ABŞ rəsmiləri ilk dəfədir ki, Suriya ərazisinə xüsusi təyinatlı quru qoşunlarının daxil olduğunu deyiblər. Xüsusi təyinatlılar İŞİD-lə mübarizə aparmaq üçün Demokratik Birlik Partiyasına (PYD) köməklik edəcək. 

Pentaqondan adının açıqlanmasını istəməyən mənbə bildirib ki, ABŞ ordusunun mümayəndələri İŞİD-lə birbaşa mübarizə aparmayacaq. Sadəcə PYD -yə təhlükəsizlik məsələlərinində yardım göstərəcək. 

Rusiya Suriyda hərbi mövcudluğunu təsdiqləyib. 

Günlərdir ki, gəzən şaiələrə Rusiya prezidenti Vladimir Putin Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının Tacikistanın paytaxtı Düşənbədə keçirilən iclasında son qoyub.

Putin bildirib ki, biz Suriya hökumətinin terrorçulara qarşı mübarizəsini dəstəkləyirik və Bəşər Əsədə lazım olan hərbi-texniki və siyasi köməyi göstərməyə davam edəcəyik.

Rusiya artıq Suriyaya ən böyük sualtı gəmisini, ordunun ən güclü hərbi təxnikaları sırasına daxil olan "Vladimir" tankı daxil olmaqla 10 tankını və yüzlərlə xüsusi təyinatlı əsgərini göndərib. Hətta Rusiyanın orada hərbi baza tikməsi barədə məlumatlar yayılıb. 

ABŞ isə Rusiyanın Suriya ərazisində hərbi təsirini azaltmaq üçün Yunanıstan, Bolqarıstan,Ukrayna və İraq hökümətlərindən hava məkanını Rusiya təyyarələri üçün bağlamağı tələb edib. Adı çəkilən ölkələrdən İraq ABŞ-a müsbət cavab verməyib. 


Belə bir məqamda ABŞ-in Suriyada quru əməliyyatlarda iştirak etməsi ortaya çıxır. Baş verən proseslər göstərir ki, onlar Sovet dövründə Vietnam, Əfqənistan, İraq, Koreya yarımadası və digər regionlarda olduğu kimi Suriyada birbaşa üz-üzə gəlməsələr də, gizli formada mübarizə aparırlar.

Rusiyadan sonra ABŞ-ın da Suriyaya hərbçi göndərməsi 1962-ci ildə baş verən "Karib böhranı" nı xatırladır. O zaman da SSRİ ilə ABŞ arasında sovet raketlərinin Kubada yerləşdirilməsi ilə bağlı yaranan gərginlik. Həmin dövrdə yaranan gərginlik dünyanı nüvə müharibəsinin astanasına gətirmişdi.

Şərhlər

Çox oxunanlar