4 ölkə İsrailə qarşı birləşdi

17.09.2015 10:48     Dünyadan reaksiya     2220

Mərakeş Kralı 6-cı Məhəmməd, Fələstin prezidenti Mahmud Abbas, İordaniya Kralı 2-ci Abdullah və Qətər Əmiri Təmim bin Həməd Al Sani İsrail güclərinin “Məscid-i Əksa”ya qarşı etdikləri qanun pozuntuları haqqında telefon danışığı aparıblar.

Reaksiya.az xəbər verir ki, bu barədə məlumatı Mərakeşin rəsmi informasiya agentliyi MAP bildirib.

Liderlərin İsrailin “Məscid-i Əksa”nı zaman və məkan olaraq parçalamaq məqsədiylə törətdiyi pozuntuları pislədiyi qeyd olunub.

Mərakeş, Fələstin, İordaniya və Qətər xarici işlər nazirləri İsrailin qeyri-konstruktiv mövqeyi ilə mübarizə üçün atılacaq addımlar mövzusunda koordinasiya olmaq vəzifəsi tapşırılıb.

Qeyd edək ki, yəhudilər üçün yeni il olaraq qəbul edilən “Roş Aşana” tətili səbəbindən təxminən ərazidə yaşayan 50 yəhudi bazar günü "Məscid-i Əksa"ya girib, həmin yəhudilərin “Məscid-i Əksa”nı almasına etiraz edən və içəri girmək istəyən fələstinlilərə isə səs bombası, gözyaşardıcı qaz və plastik gülləylə müdaxilə edilib. Müdaxilə zamanı aralarında qadınların da olduğu çox sayda insan yaralanıb.

İsrail- El Aksa- Filistin

Şərhlər

Çox oxunanlar