“Bunlar xaindir, alçaqdır” - Ərdoğan - VİDEO
17.09.2015 11:07 Dünyadan reaksiya 1985
Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan “TRT Haber”in canlı yayımında Nasuhi Güngörün suallarını cavablandırıb.
Reaksiya.az həmin çıxışın bəzi məqamlarını diqqətinizə çatdırır.
“Həqiqətən də sıxıntılı, ağrılı bir dövrü yaşayırıq. Başladığımız terrorla mübarizənin yol xəritəsində qardaşlıq layihəsini inkişaf etdirdik və ağıllı insanlarla həll prosesinə qovuşduq.
KİMLƏRSƏ NARAHAT OLMAĞA BAŞLADI
Biz bu addımları atdıqca kimlərsə narahat olmağa başladı. Çünki Türkiyə inkişaf edirdi, güclənirdi. Türkiyənin gedişi onlar üçün çox fərqli idi. Bu hadisələr Türkiyəni həqiqətən Aİ üzvü olan ölkələr arasında çox ayrı bir yerə gətirəcəkdi.
Parlamentə da girdilər, bəs parlamentə girdikdən sonra bu hal nədir?. Nədir bu terror təşkilatının Türkiyə ilə alış-verişi?
Qəndildəki terror təşkilatı baxın necə mesajlar verirlər indi. Bunları açıq aydın görürük və millətimizə deyirəm ki, bunların fərqinə varmalıyıq.
Cizre bunun ən bariz nümunəsi oldu. Bu açılan kanallar nə ilə açılır. Bələdiyyənin iş qurğuları ilə bədəli necə ödənir? Bələdiyyədən. Bu kanallar nə üçün açılır?
Bu qədər bombalar yerləşdirilib. Zirehli maşınlar olmasına baxmayaraq, onlarca əsgərimiz şəhid edilib. Bu hazırlıqlar nə üçün aparılır?
O SAATLARDA KÜÇƏYƏ ÇIXAN OLSA, TERRORÇUDUR
Bütün bu hazırlıqlar kimə qarşıdır, nə üçün aparılır? Bir tərəfdə xalqının təhlükəsizliyini təmin etməyə çalışan polisimiz, əsgərimiz var, o biri tərəfdə tam əksinə, polisə, əsgərə təəssüf ki, cəsarətsiz, kobud, alçaqcasına fərqli yerlərdən bomba, minalarla atəş edənlər var. Yandırılan məscidlərimiz, məktəblərimiz var. Bütün bunlar ortadadır.
BUNLAR XAİNDİR, ALÇAQDIR
Dövlətim bu günə qədər vətəndaşın yanında yer alıb. Amma bunlar xaindir, alçaqdır. Bunlara bu ölkədə heç vaxt güzəştə getməyəcəyik. Mayoru həyat yoldaşının yanında şəhid ediblər. Bunların hamısı olan hadisələrdir.
YURD XARİCİNƏ QAÇIRLAR
Paralel terror təşkilatı ilə bağlı bizim daha əvvəl aldığımız bir qərar var. Milli təhlükəsizliyimizi təhdid edən legal və qeyri-qanuni təşkilatlar haqda bütün işlər həyata keçiriləcək. Hökumətimiz bütün bunların hüquqi tənzimləməsini edib və müsbət nəticələr almağa da başlamışıq.
Diqqət etdinizsə, hamısı yurd xaricinə qaçır. Hər hansı bir günahınız yoxdursa, niyə qaçırsınız? Çünki arxada nələrin olduğunu özləri bilir. Burada bizim məhkəməmiz, polisimiz bu təşkilatlara qarşı bu mübarizəni davam etdirir.
DEMİRTAŞIN BAYRAQ AÇIQLAMASINA CAVAB
Bu insan (HDP-in həmsədri Selahattin Demirtaş) həyatında doğru dürüst əlinə Türk bayrağı almış biri deyil. Bunların konqreslərində əsil Türk bayraqları endirilib. Bu ölkədə 78 milyonun tək bayrağı var. Sən bu millətin o tək bayrağını qəbul etmədiyini ortaya qoyursan. Yalançının şamı işa vaxtına qədər yanar.
TERRORİZMLƏ MÜBARİZƏ
Dünya bu məsələdə səmimi deyil, bunları qismən də olsa dəstəklədilər. Əzmlə, qətiyyətlə mübarizəmizi davam etdirəcəyik. Bu oyunlara gəlməyəcəyik. Mən millətimin şirin görünən təbəssümlər paylayan nümayəndələrin oyunlarına gəlməmələrini tövsiyə edirəm. Xanım bir həmsədr deyir ki, "Bizim arxamızda YPG var". Bu məntiqdən başqa nə gözləmək olar? Bir terrorçunun deyəcəyi sözü siyasətçi o şəkildə istifadə edir.
HƏLL PROSESİ
Həll prosesi hazırda şkafdadır. Proseslər bunu göstərəcək. Müsbət prosesləri yaxaladığımız zaman qaldığı yerdən niyə davam etməsin? Təəssüf ki, bu proses terror təşkilatını parlamentdə təmsil edən siyasi partiya tərəfindən baltalandı...".
Şərhlər