"Hürriyət" qəzetinə 2-ci dəfə hücum edildi

17.09.2015 12:28     Dünyadan reaksiya     1904

Türkiyədə “Hürriyət” qəzetinin binası 10 gündə 2 dəfə hücüma məruz qalıb.

Reaksiya.az xəbər verir ki, ABŞ-ın Ankaradakı səfiri bu olayla bağlı John Bass qəzetin redaksiyasını ziyarət edib.

O, qəzetin idarə heyətinin sədri Vuslat Doğan Sabancı və baş redaktoru Sedat Ergin ilə görüşüb.

Bass azad sözün sərbəst istifadə edilməsinə dəstək üçün bu səfəri etdiyini deyib:

"Jurnalistika peşəsi demokratik cəmiyyətlərdə demokratiyanın xarakteri və dinamikası baxımından çox əhəmiyyətlidir. Cəmiyyətdə baş verənlər və qarşılaşdığınız çətinliklər haqqında məlumat və fikirləri vətəndaşlarınıza ötürürsünüz, sizi təqdir edirəm”.

Qeyd edək ki, “Hürriyyət” qəzetinə olunan hücümlardan sonra Fransanın İstanbul baş konsulu Muriel Domenach, Almaniyanın İstanbul baş konsulu Dr. Georg Birgelen və İngiltərənin İstanbuldakı baş konsul müavini Rafe Courage də qəzetin baş redaktoru ilə görüşüb.

Şərhlər

Çox oxunanlar