Macarıstan Serbiya sərhədində gərginlik - Miqrant qalmaqalı
17.09.2015 13:15 Dünyadan reaksiya 1974
Macarıstan sərhədində polislə miqrantlar arasında qarşıdurma olub.
Reaksiya.az xəbər verir ki, Serbiya ərazisindən ölkəyə girmək istəyən miqrantlar macar nümayəndələrə sərhədi açması üçün 2 saat vaxt verib.
Vaxt bitdikdən sonra sərhədi keçməyə çalışan miqranlara polis gözyaşardıcı qaz və su şırnağı ilə müdaxilə edib.
Bəzi qaçqınlar isə polisə daş və şüşə atıb.
CNN xəbər verib ki, qarşıdurma əsnasında İraqlı bir qaçqın "Lazım gələrsə, altı il gözləyərik, itirəcək bir şeyimiz yoxdur" deyib.
Qeyd edək ki, qaçqınlar Macarıstan üzərindən Almaniya və Avstriyaya getmək istəyir.
Şərhlər