Qaçqınlar Xorvatiyaya axın edir
17.09.2015 13:15 Dünyadan reaksiya 1708
Macarıstanın öz sərhədlərini bağlamasından sonra Xorvatiyaya yönələn qaçqınların sayı artır.
Reaksiya.az xəbər verir ki, gələnləri qeydiyyata götürən Xorvatiya onların sərhəddən keçmələrinə də icazə verir.
Xorvatiyaya indiyə kimi təxminən 5 min 400 nəfərin gəldiyi açıqlanıb. Gələnləri qeydiyyata götürən Xorvatiyalı rəsmilər qaçqınları daha sonra müvəqqəti sığınacaqlara göndərir.
Yunanıstandan gələn qaçqınlar Macarıstanın sərt rəftarına görə Balkan ölkələrindən keçərək qərb və şimal Avropaya çatmağa çalışırlar.
"Onlara kömək edəcəyik"
Serbiyada gələn qaçqınların ölkəsindən keçmələrinə icazə verdiklərini ifadə edən Xorvatiyanın baş naziri Zoran Milanoviç bildirib ki, qaçqınlar Xorvatiyadan keçə bilərlər və bunun üçün onlara kömək edəcəklər.
Hökumət sərhəd bölgəsinə minadan təmizləmə briqadası göndərib. Briqadanın Xorvatiya - Serbiya sərhədində köhnə Yuqoslaviyanın vətəndaş müharibəsi dövründən qalma minaları təmizləməsi planlaşdırılır. Beləcə sığınmacılar üçün etibarlı bir keçid dəhlizi yaradılması nəzərdə tutulur.
Növbəti dayanacaq Sloveniya...
Xorvatiyada sonra qaçqınların növbəti dayanacağı isə şimaldakı Sloveniya Respublikasıdır. Ancaq Sloveniya rəsmiləri qaçqınlar üçün etibarlı dəhliz açmayacaqlarını açıqlayıblar.
Slovenyalı rəsmilər, Avropa İttifaqı qaydalarına uyğun olaraq qaçqınların əvvəlcə qeydiyyata alınacağını bildiriblər. Xorvatiya və Avstriya arasında qalan Aİ üzvü Sloveniya Şengen bölgəsinə də daxil olan ölkələrdəndir. Aİ üzvü Xorvatiya isə hələ də Şengen üzvü deyil.
Şərhlər