Qaçırılan türk işçilər azad edildi

17.09.2015 17:02     Dünyadan reaksiya     1812

İraqda 16 dostu ilə birlikdə qaçırılan Necdet Yılmaz və Ercan Özpilavcı dünən sərbəst buraxılıb.

Reaksiya.az xəbər verir ki, onlar Bəsrədən təyyarə ilə İstanbula gəlib.

Türkiyənin Bağdaddakı səfiri Faruk Kaymakcı olayla bağlı bunları deyib: "Bağdadda qaçırılan 18 işçimizdən sərbəst buraxılan ikisi bu gün İrandan ölkəmizə göndərilir. Digər vətəndaşlarımızın da ən qısa zamanda sərbəst buraxılması üçün ölkəmiz təşəbbüsləri davam etdirir".

Qeyd edək ki, 18 işçi sentyabrın 2-də şəxsiyyəti məlum olmayan uniformalı bir qrup tərəfindən qaçırılıb. 

Şərhlər

Çox oxunanlar