Şəhər meri məhkəmə zalından azad edildi

18.09.2015 03:29     Dünyadan reaksiya     1723

Tiflis şəhərinin meri məhkəmə zalında həbsdən azad olunub.
 
APA-nın məlumatına görə, sabiq şəhər meri Qiqi Uqulava 9 ay həbsdə saxlanılması barədə dünən keçirilən Konstitusiya Məhkəməsinin verdiyi qərarı əsasında həbsdən azad edilib.
 
Məlumata görə, Qiqi Uqulava 15 ay həbsdə olub. Gürcüstan prokurorluğu ona ayrı-ayrılıqda hər bir ittiham üçün 9 ay həbs kəsmişdi. Bu ittihamı Konstitusiya Məhkəməsi konstitusiyaya zidd norma hesab edib.
 
Sentyabrın 17-də həbsdən azad olunan Qiqi Uqulava jurnalistlərə verdiyi ilk açıqlamasında gün ərzində onun məhkəmə prosesini izləyən vətəndaşlara minnətdarlığını bildirib və qeyd edib ki, o, yenidən həbs oluna bilər.
 
Qiqi Uqulavanın azad olunmasına Odessa qubernatoru, sabiq Gürcüstan prezidenti Mixail Saakaşvili Facebook səhifəsində münasibət bildirib: "Mən günahı olmayan Qiqi Uqulavanın azad olunmasını alqışlayıram. 14 ay başa çatdıqdan sonra rus oliqarxının rejiminin sonu başlayıb," M. Saakaşvili qeyd edib.

Şərhlər