"İŞİD sıralarında 1800 Rusiya vətəndaşı döyüşür"

18.09.2015 06:55     Dünyadan reaksiya     1694

İŞİD terror qruplaşmasının sıralarında 1800 Rusiya vətəndaşı döyüşür.

Reaksiya.az-ın APA-ya istinadən verdiyi xəbərə görə, bu barədə Rusiya DİN rəhbəri Vladimir Kolokoltsev bildirib.  

“DİN-in hesablamalarına görə, İŞİD sıralarında 1800 Rusiya vətəndaşı döyüşür, 477 cinayət işi başlanıb”, deyə o qeyd edib.

Bundan əvvəl Rusiya Milli Antiterror Komitəsi Suriyada İŞİD terror qruplaşmasının sıralarında 800-1500 Rusiya vətəndaşının vuruşduğunu bildirib, onlardan 170 nəfərinin döyüşlərdə öldüyü  qeyd olunub. 

Şərhlər