Kuba ABŞ-a səfir təyin etdi

18.09.2015 10:18     Dünyadan reaksiya     1856

ABŞ ilə Kubanın münasibətlərinin normallaşması prosesi uğurla davam edir.

Reaksiya.az xəbər verir ki, 54 il sonra Kubanın ABŞ-a təyin etdiyi səfir Jose Cabanas rəsmi olaraq vəzifəsinə başlayıb.

Ağ Evdə keçirilən mərasimdə Cabanas yeni təyin olunmuş bir sıra xarici ölkələrin səfirləri ilə birlikdə prezident Barak Obamaya etimad məktubunu təqdim edib.

Qeyd edək ki, yarım əsrdən sonra ilk dəfə aprelin 11-də ABŞ prezidenti ilə Kuba prezidentləri görüşüb.

Aprelin 14-də isə ABŞ Kubanı terrora dəstək verən ölkələr siyahısından çıxarıb. Yay aylarında da qarşılıqlı olaraq ölkələrin səfirlikləri təkrar açılıb.

Şərhlər

Çox oxunanlar