Qazaxıstan DTT ilə 19 illik müzakirələri tamamlayıb
12.06.2015 15:47 Dünyadan reaksiya 1669
Qazaxıstanın Dünya Ticarət Təşkilatına (DTT) iştirak etmək üçün 19 il davam edən müzakirələri tamamladığını ifadə edib. 22 iyun tarixində Qazaxıstanın DTT – nə qoşulması ilə bağlı sənəd paketinin təsdiq olunacağı və DTT Ümumi Şurası tərəfindən DTT üzvü olan 161 ölkənin təsdiqinə göndəriləcəyi bildirilib. DTT mətbuat mərkəzindən mövzu ilə bağlı verilən açıqlamada "Qazaxıstanın DTT – nə girmə prosesinin çətin və bənzərsiz müzakirəsinə görə bu ölkənin Avrasiya İqtisadi Birliyinə üzv olmasından qaynaqlanır". - deyib.
Qeyd edək ki, Qazaxıstan, DTT üzvü olmaq üçün 29 yanvar 1996 – cı il tarixində müraciət etmişdi. Orta Asiya ölkələrindən Qırğızıstan (1998) və Tacikistan (2013) DTT üzvləri arasındadır. Türkmənistan və Özbəkistanın DTT - nin üzvü olmadığı bilinməkdədir
Şərhlər