Con Kerriyə daha bir vəzifə verildi

18.09.2015 12:15     Dünyadan reaksiya     2004

ABŞ "5+1" ölkələri ilə İran arasındakı nüvə müqaviləsinin həyata keçirilməsi prosesində yeni bir addım atıb.

Reaksiya.az xəbər verir ki, müqavilənin icrasının təqib edilməsi məqsədilə ABŞ-ın dövlət katibi Con Kerri baş koordinator olub.

C. Kerri məsələ ilə bağlı yazılı açıqlama verib:

"Milli təhlükəsizlik baxımından İranla bağlanan nüvə müqaviləsinin icra olunması mühüm məsələdir. Konqresin 60 günlük dəyərləndirməsindən sonra müqavilənin uğurlu formada həyata keçirilməsi üçün indi bizim doğru seçilmiş heyətimizin olması vacibdir”.

Şərhlər

Çox oxunanlar