“Müsəlmanlardan necə qurtulacağıq?” sualı əks-səda doğurdu - VİDEO
18.09.2015 12:35 Dünyadan reaksiya 1915
ABŞ-da Meksikalı miqrantlara qarşı sərt mövqe tutan prezidentliyə namizəd Trump müsəlmanlardan da xoşu gəlmədiyini hiss etdirib.
Reaksiya.az xəbər verir ki, mübahisəli sözlərilə gündəmdəki yerini qoruyan Respublikaçı namizəd Donald Trump “New Hampshire”dəki bələdiyyə binasında seçicilərin suallarını cavablandırıb.
Bir nəfər ona belə bir sual verib: "Bu ölkədə bir problemimiz var. Bu problemin adı müsəlmanlardır. İndiki prezident Barak Obama da bu müsəlmanlardan biridir. Müsəlmanlar amerikalıları öldürmək üçün təlim düşərgələri yaradıb. Müsəlmanlardan necə qurtulacağıq?”.
Trumpun ona cavabı isə belə olub: "Bir çox insan pis şeylər olduğunu deyir. Bu problemi araşdıracağıq".
Prezidentliyə namizəd Obamanın müsəlman olduğu fikrinə isə münasibət bildirməyib.
Şərhlər