Şəhid olan polislərin sayı 3-ə çatdı
18.09.2015 12:50 Dünyadan reaksiya 1792
Türkiyənin Muş şəhərində içində polis işçilərinin olduğu qəzada şəhid olanların sayı 3-ə çatıb.
Reaksiya.az xəbər verir ki, Serkan Saka müalicə olunduğu xəstəxanada həyatını itirib.
Qeyd edək ki, qəza dünən saat 10:30 radələrində olub. İçində polis işçilərinin olduğu maşın məlum olmayan səbəbdən qabaqda gedən yük maşınını vurub.
Qəza nəticəsində polis məmurları Veysel Burak Ergül və Cüneyt Bankur hadisə yerində şəhid olub.
Şərhlər