Misir Qəzza sərhədindəki tunelləri dağıdır

18.09.2015 14:44     Dünyadan reaksiya     1934

Misir ordusu Qəzza sərhədindəki tunelləri dağıtmaq üçün dəniz suyu vurmağa başlayıb.

Reaksiya.az xəbər verir ki, bu barədə məlumatı tunel sahiblərindən fələstinli Əbu Mahmud verib.

O, bəzi tunel sahiblərinin duzlu suyun təsirindən tunelin dağılmasının qarşısını almaq üçün nasoslarla suyu təxliyə etməyə çalışdığınl bildirib.

Qəzzadakı Fələstin Sular İdarəsindən bildiriblər ki, Misirin fələstinlilərin can damarı hesab etdikləri tunelləri dağıtmaq üçün Qəzza sərhədinə böyük su boruları döşəməsi bölgə xalqının təhlükəsizliyinə təhdiddir.

Qeyd edək ki, Misir təxminən 1 ay əvvəl Qəzza sərhədi boyu dar bir xəndək içinə 60 santimetr diametrində su boruları döşəməyə başlayıb.

Şərhlər