Dünyanı xilas edən adam - Putin
18.09.2015 15:17 Dünyadan reaksiya 1988
Fransanın “Le Temps” qəzeti Rusiya prezidenti Putinin dünyanı eyni masa ətrafında toplayaraq Suriyada axan qanı dayandırmaq və qəhrəman olmaq istədiyini yazıb.
Reaksiya.az xəbər verir ki, qəzet Rusiyanın son həftələrdə Suriya ilə bağlı etdiyi cəhdlərini təhlil edib.
Suriya Milli Koordinasiya Komitəsinin keçmiş sədri Heysem Menna bildirib ki, Rusiya lideri Vladimir Putinin ideyası dünyanı İslam ekstremizminə qarşı mübarizədə birləşdirməkdir:
“Putin beləcə, Suriya böhranını həll edən insan kimi qəhrəman olmaq istəyir. Rusiya bununla hər kəsi Moskva planının yeganə variant olduğuna inandırmağa çalışır. Putin bütün liderlərin səsinin eşidildiyi bir dialoq platforması yaratmaq üçün BMT ilə birlikdə çalışmaq fikrindədir. 28 sentyabrda BMT Baş Assambleyasında çıxış edəcək Putin Suriya məsələsini gündəmə gətirəcək. Bundan başqa Səudiyyə Ərəbistanı Kralı Salman, İsrailin baş naziri Benyamin Netanyahu və bəlkə də ABŞ prezidenti Barak Obama ilə görüşlər keçirəcək. Putin planını həyata keçirmək üçün bütün tərəflərin maraqlarına hörmət edəcək və onların fikirlərini nəzərə alacaq".
Şərhlər