Ukrayna Berluskonini "qara siyahı"ya saldı

18.09.2015 15:54     Dünyadan reaksiya     1836

Jurnalistlərə fərdi sanksiya tətbiq etməsi ilə hiddət yaradan Ukrayna rəhbərliyi indi də İtaliyanın keçmiş baş naziri Silvio Berluskonini arzuolunmaz insan elan edib.

Reaksiya.az xəbər verir ki, Berluskoninin Ukraynaya girişi üç il müddətinə qadağan olunub.

Ukrayna Təhlükəsizlik Xidməti rəsmiləri Ukraynanın milli təhlükəsizliyi üçün belə qərar qəbul etdiklərini bildiriblər.

Qeyd edək ki, Berluskoni bundan əvvəl Rusiya prezidenti Vladimir Putinlə bir araya gəlmək üçün Krıma gedib.

Ukrayna daha əvvəl də Krımda xalqın necə yaşadığını görmək üçün yarımadaya səfər edən Fransız millət vəkillərini arzuolunmaz insan elan edib.

Berluskoninin partiyası bu məsələ ilə bağlı bəyanat verib:

"Silvio Berluskoninin Ukraynaya girişinin qadağan edilməsi şişirdilmiş və gülünc bir tədbirdir. Rusiya və Qərb arasındakı əməkdaşlığı artırmaq və gərginliyi yumşaltmaq üçün çalışan Berluskoniyə qarşı bu qərarı verdiklərinə görə baş nazir Matteo Renzini Ukraynadakı səfirimizi geri çağırmağa dəvət edirik”.

Şərhlər

Çox oxunanlar